" 20 Yanvar - Ümumxalq hüzn günü "

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Zülfiyyə Qənbərovanın təşkiatçılığı ilə 3 B sinifdə sinif təşkilat saatı keçirilib .
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması , tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması , xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği , 20 Yanvar gününün Azərbaycan suverenliyi , istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda gedən mübarizənin rəmzi kimi qeyd olunması məqsədi ilə " 20 Yanvar - Ümumxalq hüzn günü " ilə bağlı tədbirlər planı hazırlanmışdır .