İlk dərslər " 20 Yanvar faciəsinin otuz beşinci ildönümü " nə həsr olundu

" 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı " na əsasən bütün təhsil müəssisələrində xüsusi dərslərin keçirilməsi nəzərdə tutulub . Dərslərin təşkil olunmasında əsas məqsəd şagirdlərə Vətənə məhəbbət hissinin möhkəmləndirilməsi , əsl vətəndaş mövqeyinin məktəblilərə aşılanmasına xidmət edir.
1990 - cı il Qanlı Yanvar hadisələrinin 35 - cü ildönümü ilə əlaqədar Zülfiyyə Cəlilovanın rəhbərliyi ilə 2 E sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi . Tədbir zamanı şagirdlər şeirlər və mahnılar səsləndirdilər .
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.