Din əməkdaşları IX - XI sinif şagirdləri ilə görüş təşkil etdi

2025 - ci il 9 yanvar tarixində Bakı şəhəri Xətai rayonu 221 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ( DİN ) Polis Akademiyasının nümayəndəsi polis kapitanı Fuad Nəzərov və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı polis leytenantı Rüfət Qənbərlinin iştirakı ilə IX - XI sinif şagirdləri ilə maraqlı və maarifləndirici bir görüş təşkil olunmuşdur .
Görüşün əsas məqsədi gənclərin DİN sistemində təhsil almağa və xidmət etməyə cəlb edilməsi , şagirdlərdə vətənə bağlılıq ruhunun aşılanması olmuşdur . Tədbir zamanı Polis Akademiyasına qəbul qaydaları , tələb olunan bilik və bacarıqlar , haqqında geniş məlumat verilmişdir .
Görüş zamanı şagirdlər Polis Akademiyasına qəbul prosesi ilə bağlı suallarını ünvanlamaq imkanı əldə etmiş , onların suallarına ətraflı cavablar verilmişdir . Maarifləndirici tədbirlər gənclərin milli ruhda formalaşmasına və dövlətçiliyə sadiq peşəkar kadrlar yetişdirilməsinə töhfə verir .