Şagirdlərimiz STEAM İnnovasiya Mərkəzində iştirak etdilər

221 nömrəli məktəbin 3 d sinif şagirdləri STEAM İnnovasiya Mərkəzində " Arıların Həyatı " adlı modulda iştirak etdilər . Onlar arılar və onların təbiətdəki əhəmiyyətli rolu haqqında maraqlı məlumatlar əldə etdilər . Modul çərçivəsində şagirdlər Anbot adlı kiçik arı robotla tanış oldular . Sadə alqoritmlərdən istifadə edərək , arıların qidanı necə yayması proseslərini simulyasiya etdilər . Bu praktik təcrübə sayəsində şagirdlər bu vacib canlıların təbiətdəki funksiyalarını daha yaxşı başa düşdülər və interaktiv fəaliyyətlərlə biliklərini möhkəmləndirdilər . Bu innovativ yanaşma onların marağını artıraraq öyrənmə həvəsini gücləndirdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi