Yeni Azərbaycan Partiyasının 32 - ci ildönümü

Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai - siyasi həyatında nə qədər böyük rola malik olduğu danılmaz faktlardandır . Ulu Öndər , dahi lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın taleyüklü məsələlərində həmişə öndə olmuş , ölkənin siyasi həyatında aparıcı rola malik olmuşdur . Artıq Yeni Azərbaycan Partiyasının yaranmaslndan 32 il keçir . 20 noyabr 2024 - cü ildə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 32 - ci ildönümü münasibətilə tədbir keçirmiş , YAP Xətai rayon təşkilatının ictimai - siyasi həyatında fəal iştirak etdiyinə görə bir sıra təhsil işçilərini fəxri fərmanla təltif etmişdir . 

Təltif olunanlar arasında 221 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyevdə var idi . Cavid müəllim Yap Xətai təşkilatının ictimai - siyasi həyatında və ictimai işlərində həmişə aktiv iştirak etmiş , fəallıq göstərmişdir . 

Cavid müəllimi təbrik edir , gələcək işlərində uğurlar arzulayırıq .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi