" Zəfər sənə yaraşır , Azərbaycan "
Azərbaycan xalqının əzmi və iradəsi , iqtisadi gücü , müasir ordu quruculuğu və xalq - iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu . 8 Noyabr - Zəfər Günü münasibəti ilə məktəbin qabaqcıl müəllimlərindən biri , Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Məmmədli sinif rəhbəri olduğu 9 c sinif şagirdləri ilə " Zəfər sənə yaraşır , Azərbaycan " adlı tədbir təşkil edib .Təbdirdə Azərbaycan ictimai - siyasi xadimi , Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı , Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov , İkinci Qarabağ müharibəsi iştirakçıları , qazilər , məktəbin direktoru Cavid Əliyev , müəllimlər və şagirdlər iştirak edib . Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır .