Xətai rayon Icra başçısı vətəndaşlarla görüş keçirdi

16.10.2024 - cü ildə Xətai Rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 221 nömrəli məktəbdə yaxın ərazidə yaşayan vətəndaşlarla görüş keçirmişdir .
Görüşdə çıxış edən icra başçısı cənab Rafiq Quluyev son illərdə Xətai rayonunda görülən işlərdən danışmış , rayonun ərazisində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat vermişdir .
İclasda Rafiq Quluyev vətəndaşların suallarına cavab vermiş , onların şikayətlərini dinləmiş və həllindən ötrü müvafiq tapşırıqlar vermişdir .
Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri və 221 nömrəli məktəbin direktoru Cavid Əliyev və məktəbin müəllimləri iştirak etmişlər .