Məktəb rəhbərliyinin valideynlərlə ilk görüşü

12.10. 2024 – cü il tarixdə məktəbin direktoru Cavid Əliyev 9 – cu sinifdə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirmişdir . Görüşdə bir sıra məsələlər : şagirdlərin davranışı və geyim qaydalarına əməl etməsi , buraxılış imtahanlarına hazırlıq və  s  . müzakirə olunmuşdur .

       Valideynlər qarşısında çıxış edən Cavid müəllim əvvəlki illərdə məktəbin 9 – cu siniflər üzrə əldə etdiyi nəticələri elan etmiş və qarşıda duran ilk vəzifələrdən biri nailiyyətimizin yüksəldilməsi olduğunu qeyd etmişdir . İclasda valideynlərin suallarına cavab verilmiş , onların təklifləri dinlənilmişdir .

  İclasda məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov və müvafiq sinifləri də iştirak etmişlər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi