Şəhid Elvin Kazımovun anım günü qeyd olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021 - ci il tarixli F - 191 nömrəli əmri ilə təsdiq edilmiş “ 27 Sentyabr Anım Günü ” və “ 8 Noyabr Zəfər Günü ” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı ” na əsaslanaraq məktəbdə “ Anım Günü ” ilə əlaqədar 2 - ci Qarabağ müharibəsi iştirakçısı , məktəbimizin məzunu şəhid Elvin Ədalət oğlu Kazımovun ailəsini məktəbin müəllimi Pərvanə Səmədova və 6 A sinif şagirdləri ziyarət etdilər . Şəhid Elvin Kazımovun anım günü ilə əlaqədar tədbirdə Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev və digər rəsmi qurumların nümayəndələri iştirak ediblər .
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək , vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kapitan Kazımov Elvin Ədalət oğlu ölümündən sonra " Vətən uğrunda " , " Suqovuşanın azad olunmasına görə " və " Laçının azad olunmasına görə " medalları ilə təltif olunub .