5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Peşəsi müəllim olan , bu adı ləyaqətlə , şərəflə və böyük məsuliyyətlə daşıyan hər bir müəllimi ürəkdən təbrik edirik . Sadəcə , təhsilin inkişafı istiqamətində uğur qazanmağı deyil , həm də şagirdlərimizin və kollektivimizin sevgisini və hörmətini qazanmağı arzu edirəm . Gələcək nəslə mənəviyyatı sağlam , əxlaqlı , bilikli , vətənpərvər , ölkəmizi istənilən sahədə dünyada layiqincə tanıdacaq və təmsil edəcək şəxslər - şəxsiyyətlər yetişdirməkdə uğurlar arzulayıram . Məktəbin Həmkarlar Komitəsinin sədri Sevda Məhəmmədova və direktor Cavid Əliyev tərəfindən məktəbin pedaqoji heyəti 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edildi və onlara hədiyyələr təqdim olundu .