“ Yer kürəsi bizim evimizdir ”

“ Məktəblərdə ekologiya ayı ” layihəsi çərçivəsində dərs təqdim olunub .

2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “ Məktəblərdə ekologiya ayı ” layihəsinə start verilib .

02.10.2024 - cü il tarixdə məktəbin 4 “ B ” sinfində Sevda Hüseynovanın rəhbərliyi ilə “ Yer kürəsi bizim evimizdir ” adlı təşkilat saatı təqdim olunub . Uşaqlar bu dərsdə Yer kürəsi və ətraf mühitin mühafizəsi haqqında məlumatlandırılıb . Dərsdə məktəbin direktoru Cavid Əliyev iştirak edib . Şagirdlər ekoloji problemlər haqqında məlumat verib , mahnı , şeir ifa ediblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi