27 sentyabr Anım Günü ilə əlaqədar dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021 - ci il tarixli F - 429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ - nin 08.09.2021 - ci il tarixli F - 191 nömrəli əmri ilə təsdiq olunmuş “ 27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı ” na , Bakı şəhəri Xətai rayonu 221 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq tarix fənn müəllimi Şəbnəm Hüseynova 9 ə sinif şagirdləri ilə dəyirmi masa təşkil etdi . Dərs Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı . Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi . Dərs boyu şagirdlər 44 günlük zəfər tariximizdən söhbət açıb , şəhidlərə həsr olunmuş şeirlər söylədilər . Tədbirdə məktəbin direktoru Cavid Əliyev , təlim tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov , uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Mənəfova iştirak etdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi