27 sentyabr Anım Günü ilə əlaqədar təşkilat saatı keçirilib

27 sentyabr Anım Günü ilə əlaqədar təşkilat saatları keçirilib .

Məktəbin Fəaliyyət planına və BŞTİ - nin müvafiq əmrinə əsasən " 27 sentyabr Anım Günü " nün keçirilməsi barədə hazırlanmış tədbirlər planına uyğun olaraq sentyabrın 27 - da sinif rəhbəri Sevda Məmmədova sinfində təşkilat saatı keçirib . Dərsdə şagirdlər 44 günlük müharibə və Anım Günü ilə bağlı məlumatlarla çıxış edib , şeirlər səsləndiriblər . Təşkilat saatının keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması , dövlət rəmzlərinə , milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması , tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması , xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği , tariximizin şanlı səhifələrinə həsr olunmuş günlərin daim yada salınmasından ibarətdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi