Buraxılış sinif müəllimləri ilə görüş keçirildi

26 sentyabr 2024 - cü il tarixdə  9 - cu sinif rəhbərləri və 9 - cu sinifdə dərs keçən Azərbaycan dili , riyaziyyat , ingilis dili müəllimləri ilə akt zalında görüş keçirildi . Görüşün məqsədi 9 - cu siniflərdə oxuyan şagirdlərin  nizam - intizam qaydalarına əməl etməyinə nəzarətin artırılması , buraxılış imtahanına hazırlıqla bağlı təkliflərin dinlənilməsi idi .

     Görüşü giriş sözü ilə məktəbin direktoru Cavid Əliyev açdı . Cavid müəllim bildirdi ki , məktəbdə elə mühit yaradılmalıdır ki , şagirdlər məktəbi sevsinlər , məktəb onlar üçün doğma bir məkana çevrilsin . Bu zaman təhsil də , nizam - intizam da yüksələcək .

    İclasda müəllimlərə də söz verildi . Onlar da müxtəlif təkliflər irəli sürərək şagirdlərin təlim nəticələrini yüksəltmək  üçün əlavə dərslərin keçirilməsinin vacib olduğunu vurğuladılar .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi