13.09.2024 - cü il tarixində 2024 - 2025 - ci tədris ili üçün ilk Pedaqoji şura iclası keçirildi

13.09.2024 - cü il tarixində 2024 - 2025 - ci tədris ili üçün ilk Pedaqoji şura iclası keçirildi .

Məktəbin direktoru Günel Səmədova iclası açıq elan edərək yeni tədris ili münasibətilə pedaqoji kollektivi təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı . Gündəlikdə dayanan məsələlərlə müəllimləri məlumatlandırdı .

Daha sonra məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavinlərinin çıxışları dinlənildi .

2023 - 2024 - cü tədris ilindəki uğurlarından , 2024 - 2025 - ci tədris ilində qarşıda duran vəzifələr barədə məlumatı təqdim etdilər . Vahid məktəbli forması , məktəb üzrə növbətçilik cədvəli ,şagirdlərin dərsliklərlə təminatı , siniflərin komplektləşdirilməsi , şagird qəbulu , yay tapşırığı alan şagirdlərin biliyinin qiymətləndirilməsi və sinifdən - sinfə keçirilməsi haqqında məruzələr dinlənildi .

Məruzələr ətrafında müzakirələr aparıldı , müvafiq qərarlar qəbul edildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi