04.05.2024 - cü il tarixində məktəb rəhbərliyi tərəfindən " Təhsilverənlərin etik davranış qaydaları " ilə bağlı iclas keçirildi

04.05.2024 - cü il tarixində məktəb rəhbərliyi tərəfindən " Təhsilverənlərin etik davranış qaydaları " ilə bağlı iclas keçirildi .

Məqsəd " Təhsilverənlərin etik davranış qaydaları " nın təsdiq edilməsi " və " Müəllimlərin etik davranış qaydaları " nın təsdiq edilməsi haqqında " Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014 - cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə qaydaların təhsilverənlərə çatdırılması və bu qaydalara riayət olunmasını müzakirə etmək idi . Bu qaydaların əsas məqsədinin təhsil müəssisələrində işgüzar , sağlam , emosional və psixoloji mühitin təmin edilməsinə , vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına , təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına , təhsilverənlərin nüfuzunun yüksəlməsinə , təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarət olması kollektivin nəzərinə çatdırıldı .

Eyni zamanda iclasda " Təhsilverənlərin etik davranış qaydaları " nın 3.6 bəndi haqqında söhbət aparılaraq korrupsiya hallarına qarşı mübarizə ilə bağlı məlumatlar müzakirə olundu .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi