2 " C " sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər

Məktəbin 2 " C " sinfi və sinif rəhbəri İlhamə Hüseynovanın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur . Ekskursiya zamanı mərkəzin bələdçisi şagirdlərə orijinal quruluşa malik olan bina haqqında məlumat vermişdir . Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv , sənədlər , eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir . Şagirdlər Ulu öndər Heydər Əliyevin irsini daha yaxından öyrənərək ekskursiyadan xoş təəssüratlarla qayıtdılar .