4 " B " sinfində " 28 May - Müstəqillik Günü " nə həsr edilmiş tədbir təşkil olunub

Məktəbin ibtidai sinif müəllimi Mətanət Mirzəyevanın rəhbərliyi ilə 4 " B " sinfində " 28 May - Müstəqillik Günü " nə həsr edilmiş tədbir təşkil olunub . Tədbir zamanı şagirdlər " 28 May - Müstəqillik Günü " nün xalqımızın qürur mənbəyi , tariximizin şanlı və parlaq səhifələrindən biri olduğunu vurğulayıblar . Sonda şagirdlər hazırladıqları rəqsləri , şeirləri , musiqiləri təqdim ediblər .