1 " C " sinfində 28 May – Respublika Günü ilə əlaqədar təşkilat saatı keçirildi

27.05.2024 - cü il tarixində məktəbin ibtidai sinif müəllimi Elnarə Cəbiyeva 1 " C " sinfində 28 May – Respublika Günü ilə əlaqədar təşkilat saatı keçirdi . Dərs zamanı şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verdilər . Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən , xalqımızın qədim dövlətçilik ənənələrindən söhbət açdılar . Sonda şagirdlərin rəqs nümunəsi göstərildi .