Şagirdlərin istifadəyə yararsız materiallardan yaratdıqları əşyalardan ibarət sərgi keçirilib

Məktəbin V , VI , VII , VIII , IX sinif şagirdlərinin iştirakı və texnologiya müəllimlərinin rəhbərliyi altında şagirdlərin istifadəyə yararsız materiallardan yaratdıqları əşyalardan ibarət sərgi keçirilib . Əvvəlcə şagirdlər əldə etdikləri biliklər haqqında məlumat veriblər və hazırladıqları işləri təqdim ediblər . Əsasən şüşə və plastik qablardan , kartondan , müxtəlif rəngli kağızlardan , parça qalıqlarından istifadə ediblər . Bu tədbirin keçirilməsində məqsəd məişət tullantılarının ətraf mühitə təsiri və təkrar emalı yollarını , şagirdlərin əl işlərini , bacarıq və qabiliyyətlərini nümayiş etdirməkdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi