6 E və 6 Ə sinif şagirdləri " Elektrik keçiriciliyi " mövzusunda açarı elektrik dövriyyəsinin müxtəlif hissələrinə qoşaraq müşahidələr apardılar

STEAM dərsləri davam edir
Sinif : 6 E və 6 Ə
Mövzu : Sadə elektrik dövriyyəsi . Elektrik keçiriciliyi .
Dərs fəaliyyəti : Bu dərs zamanı şagirdlər sadə elektrik dövriyyəsinin nə olduğunu , elektrik keçirən və keçirməyən cisimlər haqqında öyrəndilər . " Elektrik mühəndisliyi dəstin " dən istifadə edərək ən sadə elektrik dövriyyəsi – elektrik fənər dövriyyəsi ilə tanış olub , verilən ləvazimatlardan istifadə edərək elektrik lampalı dövriyyə yığdılar . Elektrik dövriyyəsində lampaların sayını , paralel və ardıcıl birləşmələri , elektrik keçiricilik testeri , açarı elektrik dövriyyəsinin müxtəlif hissələrinə qoşaraq müşahidələr apardılar .
Fənn müəllimi : Turanə Nəzərova