9 "A" sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib

10.05.2024 - cü il tarixində məktəbin tarix müəllimi Ruhəngiz Hüseynovanın təşkilatçılığı və 9 "A" sinif şagirdlərinin iştirakı ilə xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan , müstəqil dövlətimizin banisi , xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib . Əvvəlcə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü , suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib , Dövlət Himni səsləndirilib . Şagirdlər Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib , Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxışlar səsləndiriblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi