7 " C " sinif şagirdlərinin iştirakı ilə COP 29 çərçivəsində " İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror ” mövzusunda dəyirmi masa keçirildi

Məktəbin coğrafiya müəllimi Afət Talıbovanın təşkilatçılığı və 7 " C " sinif şagirdlərinin iştirakı ilə COP 29 çərçivəsində " İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror ” mövzusunda dəyirmi masa keçirildi . Şagirdlər işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalları tərəfindən həyata keçirilmiş ekoliji terrordan danışdılar və mövzu ilə əlaqəli divar qəzetləri , videoçarx nümayiş etdirdilər . Dərsin sonunda müəllim hazırda həmin ərazilərdə dövlətimiz tərəfindən bərpa işlərinin aparıldığını , Suqovuşan ərazisində isə eko - balansın bərpasının təmin olunduğunu vurğulayıb .