6 " D " sinif şagirdlərinin iştirakı ilə " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində açıq havada nümunəvi dərs təşkil olunub

Məktəbin biologiya müəllimi Aynurə Babayevanın təşkilatçılığı və 6 " D " sinif şagirdlərinin iştirakı ilə " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində açıq havada nümunəvi dərs təşkil olunub . Müəllim şagirdlərə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verildiyindən , abadlıq və təmizlik işlərini davam etdirməyin vacibliyindən , əhali arasında ekoloji mədəniyyəti , təbiətə olan qayğını artırmaq kimi məsələlər haqqında məlumat verib .