5 " C " və 8 " C " sinif şagirdləri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş ədəbiyyat gecəsi keçirildi

23.04.2024 - cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Məmmədlinin təşkilatçılığı ilə Azərbaycan ədəbi - bədii fikrinin inkişafında müstəsna yer tutan , Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş ədəbiyyat gecəsi keçirildi .

" Füzuli 530 " adlanan tədbirdə məktəb rəhbərliyi , Xətai rayon İcra Hakimiyyətinin İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , şairə - publisist , " Qoşa Ulduz " jurnalının redaktoru Qızbəs Qəbələ , şairə - publisist Gülzar Şəmkirli iştirak edirdi .

Tədbirdə iştirak edən 5 " C " və 8 " C " sinif şagirdləri şairin qəzəllərindən parçalar səsləndirdilər , " Rindü - zahid " , " Leyli və Məcnun " , " Söhbətül - əsmar " əsərlərini səhnələşdirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi