7 " C " , 8 " B " , 8 " Ç " , 8 " E " sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir

15.03.2024 - cü il tarixində məktəbin " Ana dilimizin sirləri " dərnəyinin rəhbəri Şəhla Bayramovanın təşkilatçılığı və 7 " C " , 8 " B " , 8 " Ç " , 8 " E " sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir . Tədbirdə şagirdlərin iştirakı ilə Üzeyir Hacıbəylinin “ O olmasın , bu olsun ” musiqili komediyasından bir parça tamaşaya qoyulmuşdur .

Məktəbin direktoru Günel Səmədova çıxış edərək şagirdləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir . Həmçinin 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin hesabına qarşıdan gələn bayramı qalib xalqın nümayəndələri kimi qarşılayacağımızdan , Novruz bayramının ilk dəfə Xankəndində qeyd olunacağından , ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi