01.03.2024-cü il tarixində " 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü " ilə əlaqədar maarifləndirici tədbir keçirildi

01.03.2024-cü il tarixində " 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü " ilə əlaqədar maarifləndirici tədbir keçirildi .

Tədbirin keçirilməsində məqsəd şagirdlərin yarana biləcək fövqəladə hallara hazırlanması , fövqəladə hallar zamanı davranış qaydalarına , özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsi idi . Məktəbin hərbi rəhbəri Rəşad Bədəlov mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verdi . Şagirdlərə yanğının söndürülməsi , yaralılara tibbi yardımın göstərilməsi , kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması , obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verdi , ətrafdakı radiasiyanın müəyyən olunması , əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah etdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi