21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib

Məktəbin 2 - ci sinif şagirdləri tərəfindən bədii kompozisiya nümayiş etdirilib , şagirdlər Cəlil Məmmədquluzadənin " Anamın kitabı " əsərinin motivləri əsasında səhnəcik hazırlayıblar .
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Arzu Nağıyev , Vüqar İskəndərov , Elşən Musayev və Naqif Həmzəyev ana dilinin önəmi haqda danışıblar , şagirdlərə və müəllimlərə öz tövsiyələrini veriblər .
Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova , YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə , Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri İmanov Pənah Əbülfəzoğlu , ADPU - nun professoru Həcər Hüseynova , 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova , 144 nömrəli məktəbin direktoru İlahə Həmidova , Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli , İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı da çıxış edərək məktəbdə keçirilən tədbirin əhəmiyyəti haqda danışıblar .
221 saylı məktəbin direktoru Günel Səmədova tədbir iştirakçılarına təşəkkür edib . Tədbirin sonunda xatirə şəkli çəkilib .