2 " B " sinif şagirdləri şəhid Elnur Mustafayevin doğum günü münasibətilə tədbir təşkil etmişdirlər

11.02.2024-cü il tarixində 2 " B " sinif şagirdləri və Zülfiyyə Qəmbərovanın rəhbərliyi ilə sinifə adı verilmiş şəhid Elnur Mustafayevin doğum günü münasibətilə tədbir təşkil etmişdirlər . Tədbirdə məktəb rəhbərliyi , şəhid Elnur Mustafayevin anası Ulduz Mustafayeva , şagird və müəllim kollektivi iştirak etdi . Şagirdlər bir dəqiqəlik sükutla şəhidimizi yad etmiş , şeirlər və musiqi parçaları səsləndirmişdirlər .

Xatırladaq ki , əslən Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan şəhid Elnur Mustafayev 2002 - ci il 9 fevralda Bakı şəhərində anadan olub . O , 2020 - ci il 27 sentyabr tarixində döyüşlərə qatılıb və 2020 - ci il 30 oktyabr tarixində şəhidlik məqamına yetişib . Allah bütün şəhidlərə rəhmət etsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi