VII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirilir

VII və IX siniflər monitorinq olunur .

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirilir . Monitorinqdə şagirdlərə tədris dili , riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub . Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır . Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilir .

Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini , öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir . Bütün şagirdlərimizə uğurlar arzulayırıq ! Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi