" Dilimizi qoruyaq " layihəsi çərçivəsində viktorina keçirildi

" Dilimizi qoruyaq " layihəsi çərçivəsində 13.12.2023 - cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Məmmədlinin təşkilatçılığı və 7 " A " , 7 " B ", 7 " C ",  7 " Ç " , 7 " D " sinif şagirdlərinin iştirakı ilə viktorina keçirildi . Viktorina zamanı şagirdlərin Azərbaycan dili bilikləri müxtəlif suallar əsasında yoxlanıldı , komandalar arasında bilik yarışı təşkil edildi . Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin potensialının üzə çıxması , fənnə və elmə marağın artırılması idi . Tədbirdə şagirdlərin bilik və bacarığını qiymətləndirmək üçün münsiflər heyəti təşkil olundu və sonda qalib komanda seçildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi