2 " A " sinfində " Heyvanları qoruyaq " mövzusunda açıq dərs keçirildi

13.12.2023 - cü il tarixində məktəbin ibtidai sinif müəllimi Afət Şükürova tərəfindən 2 " A " sinfində " Heyvanları qoruyaq " mövzusunda açıq dərs keçirildi .

Məqsəd şagirdlərdə heyvanlara qayğını , sevgini aşılamaq , onları tanımaq , öyrənmək , köməksiz küçə heyvanlarını incitməmək , onları qorumağı təbliğ etmək idi .

Açıq dərs zamanı şagirdlərin diqqətini heyvanların müdafiəsinə çəkmək üçün müxtəlif videoçarxlar göstərildi , təqdimatlar hazırlandı , müxtəlif yarışlar , oyunlar təşkil edildi , daha sonra nəsli kəsilməkdə olan heyvanlar haqqında məlumat verildi .

Dərsin sonunda şagirdlər " Heyvanlar bizim dostlarımızdır " , " Heyvanları sevək və qoruyaq " şüarlarını səsləndirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi