“ Gender bərabərliyi ” və “ Erkən nikaha daxil olmağa tələsmə ” mövzularında maarifləndirici tədbir keçirilmişdir

01.12.2023 - cü il tarixində məktəbimizdə “ Gender bərabərliyi ” və “ Erkən nikaha daxil olmağa tələsmə ” mövzularında maarifləndirici tədbir keçirilmişdir .

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov , Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova , Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva , məktəb rəhbərliyi , müəllim və şagird kollektivi iştirak etmişdir .

Ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanmışdır . Tədbirdə erkən yaşda yeniyetmə və gənclər ailə qurmağa fizioloji , psixoloji cəhətdən hazır olmadıqları və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaratdığı şagirdlər tərəfindən hazırlanmış səhnəciklərdə öz əksini tapmışdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi