5 " D " sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Hacıyevanın rəhbərliyi altında 5 " D " sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi . Tədbir Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı . Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi .

Tədbir zamanı şagirdlər vətənpərvərlik ruhunda şeirlər , mahnılar səsləndirdilər , divar qəzetləri və öz əl işlərindən ibarət guşə nümayiş etdirdilər .

Tədbirdə məktəbin direktoru Günel Səmədova , təlim tərbiyə işləri üzrə direktor müavini Aynurə Şəkərova , sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Mənəfova və fənn müəllimləri iştirak edib .

# Zəfərin # mübarək , # Azərbaycan !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi