5 " A " və 9 " A " sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir təşkil olundu

7 noyabr 2023 - cü il tarixində məktəbin ingilis dili müəllimi Pərvanə Səmədovanın təşkilatçılığı , 5 " A " və 9 " A " sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir təşkil olundu . Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ,  Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı . Tədbir zamanı şagirdlər Zəfər Günü ilə bağlı şeirlər , mahnılar səsləndirib , müxtəlif rəqslər nümayiş etdirdilər .

Daha sonra söz məktəbin direktoru Günel Səmədovaya və dəvət olunmuş qonaqlara verildi . Məktəbimizin şəhid məzunları - şəhid Fuad Məmmədovun anası Mətanət xanım , şəhid Rəcəb Məmmədovun anası Həbibə xanım və şəhid Elvin Kazımovun anası Fədayə xanım çıxış edərək Vətən müharibəsində qazanılan qələbəmizdən bəhs etdilər .

# ZəfərGünü # QalibAzərbaycan # Azərbaycan # QalibLiderQalibXalq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi