“ Nizami parkı ” nda Zəfər günü münasibətilə " Əsgərə məktub " layihəsi keçirilib

Xətai Rayon İcra Hakimiyyətinin və " Azərbaycan Qarabağ müharibəsi əlilləri , veteranları və şəhid ailələri " İctimai Birliyin birgə təşkilatçılığı ilə “ Nizami parkı ” nda Zəfər günü münasibətilə " Əsgərə məktub " layihəsi keçirilib .

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları , şəhid ailərinin üzvləri , qazilər , müharibə veteranları , məktəbimizin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər .

Tədbirdə vurğulanıb ki , müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki , onlar Vətəni , ordumuzu sevir . Bu sevgi vətənpərvərlikdir . " Əsgərə məktub " layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihə davamlı keçirilir .

Tədbirdə təqdim olunan mahnılar , şagirdlərin söylədiyi şeirlər , vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi maraqla qarşılanmışdır .

Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi