7 " B " sinfində " 30 İlin 44 Günü " adlı tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021 - ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021 - ci il tarixli F - 191 nömrəli əmri ilə təsdiq olunmuş 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı ” na uyğun olaraq məktəbin fizika müəllimi Ruhiyyə Quliyevanın təşkilatçılığı ilə 7 " B " sinfində " 30 İlin 44 Günü " adlı tədbir keçirilib . Tədbirdə qazi Mobil Əhmədzadə , məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdir . Tədbir zamanı şagirdlər ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz haqqında müxtəlif şeirlər səsləndirmiş , videoçarxlar hazırlamışlar . Qazi Mobil Əhmədzadəyə şərəfli döyüş yolu , əsirlik həyatı ilə bağlı suallar ünvanlamışlar .

Qəhrəmanımıza şagirdlərin əl işlərindən ibarət olan rəsmlər təqdim olunmuşdur .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi