2 " C " sinfində " 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ” nə həsr olunan tədbir keçirilib

Məktəbin ibtidai sinif müəllimi İlhamə Hüseynovanın təşkilatçılığı ilə 2 " C " sinfində " 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ” nə həsr olunan tədbir keçirilib . Tədbir zamanı şagirdlər ulu öndər Heydər Əliyevin xalqımızın taleyində , müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən , ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai - siyasi , iqtisadi , sosial həyatında , eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar . Sonda şagirdlər müxtəlif şeirlər səsləndirmiş , səhnəciklər nümayiş etdirmişlər .