16.10.2023 - cü il tarixində 9 " C " sinfində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyasını tanıtmaq məqsədilə dəyirmi masa təşkil olunmuşdur

Məktəbin tarix müəllimi Nuriyyə Xələfovanın təşkilatçılığı ilə 16.10.2023 - cü il tarixində 9 " C " sinfində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası , flora və faunası , mədəni abidələri , dini ibadətgahları , adət - ənənələrini şagirdlərə tanıtmaq məqsədilə dəyirmi masa təşkil olunmuşdur .
Dərs zamanı şagirdlər Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız haqqında ətraflı məlumat vermiş , vətənpərvərlik ruhunda şeirlər səsləndirmiş , videoçarx nümayiş etdirmişlər .