“ Sağlam vərdişlər ” layihəsinin növbəti təlimi keçirildi

11 oktyabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə icra edilən “ Sağlam vərdişlər ” layihəsinin növbəti təlimi Xətai rayonun 221 nömrəli tam orta məktəbində keçirilib .

BŞGİİ - nin əməkdaşı , təlimçi Aytən Natiqli şagirdlərə sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzular haqqında məlumat verib . Diskusiya şəklində keçən təlimdə , məktəblilərə “ Necə yox deməli ? “ , “ Dəyərlər ” adlı qrup işləri təşkil olunub .

Təlim “ Sabah ” futbol klubunun azarkeşlərlə iş üzrə koordinatoru Elçin Seyidovun təqdimatı ilə davam edib .

Təqdimatdan sonra futbolun təbliği , idmana olan marağı artırmaq məqsədi ilə iştirakçılar üçün viktorina təşkil olunub . Verilən suallara düzgün cavab verənlərə “ Sabah ” futbol klubunun hədiyyələri təqdim edilib .

Davamlı olan “ Sağlam vərdişlər ” layihəmizdə bizimlə birlikdə olduqlarına görə “ Sabah ” futbol klubuna(@sabahfc ) təşəkkür edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi