07.10.2023 - cü il tarixində şəhid polkovnik - leytenant Rəşad Quliyevin anım günü keçirildi

07.10.2023 - cü il tarixində şəhid polkovnik - leytenant Rəşad Quliyevin anım günü münasibətilə adını daşıdığı " 10 ç " , " 6 a " sinfin şagirdlərinin iştirakı və sinif rəhbərləri Şəfa Kərimova , Aynur Abdullayevanın təşkilatçılığı ilə tədbir keçirilmişdir .

Tədbir zamanı Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi , Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi .

Keçirilən tədbirdə şəhidin ailə üzvləri , döyüş yoldaşları , müəllimlər və şagirdlər iştirak etmişdir . Şagirdlər şəhidin həyatı və qəhrəmanlıqlarından bəhs etdilər , şeirlər səsləndirdilər .

Qeyd edək ki , Azərbaycan Ordusunun polkovnik - leytenantı olan Rəşad Quliyev 2020 - ci il sentyabrın 27 - də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb . Rəşad Quliyev oktyabrın 7 - də Cəbrayılın azad edilməsi zamanı şəhid olub . 2 - ci Şəhidlər Xiyabanında dəfn olunub .

Allah rəhmət etsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi