F-191 nömrəli əmri ilə təsdiq edilmiş “ 8 noyabr Zəfər Günü ” ilə bağlı məktəbimizin bir neçə müəllimi şəhid Fuad Valeryeviç Məmmədovun ailəsini ziyarət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021 - ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq edilmiş “ 27 sentyabr Anım Günü ” və “ 8 noyabr Zəfər Günü ” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı ” na əsaslanaraq məktəbdə “ Anım Günü ” ilə əlaqədar 2 - ci Qarabağ müharibəsi iştirakçısı , məktəbimizin məzunu şəhid Fuad Valeryeviç Məmmədovun ailəsini məktəbimizin bir neçə müəllimi ziyarət etdi . Məktəbin 10 " R " sinif şagirdi Nurcan Məmmədova tərəfindən çəkilmiş rəsm şəhidin valideynlərinə təqdim edildi .

Qeyd edək ki , Fuad Məmmədov Füzuli , Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək , 21 oktyabr 2020 - ci ildə Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub .

Fuad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020 - ci il tarixli Sərəncamı ilə " Vətən uğrunda " , 24 dekabr 2020 - ci il tarixli Sərəncamı ilə “ Cəbrayılın azad olunmasına görə ” və 24 iyun 2021 - ci il tarixli Sərəncamı ilə isə “ Füzulinin azad olunmasına görə ” , “ Xocavəndin azad olunmasına görə " medalları ilə təltif edilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi