26.09.2023 - cü il tarixində II Vətən müharibəsinin şəhidi Şükürlü Elvinin anım tədbiri keçirildi

Tədbirlər planına əsasən 26.09.2023 - cü il tarixində II Vətən müharibəsinin şəhidi Şükürlü Elvin Azad oğlunun adını daşıyan sinfin rəhbəri Xalidə Şahbazova və şagidləri tərəfindən anım tədbiri keçirildi . Tədbirdə məktəb rəhbərliyi , Xətai Rayon İcra Hakimiyyətinin İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , şagird və müəllim kollektivi , şəhidin ailə üzvləri iştirak ediblər .

Elvin Şükürlü 1997 - ci ildə Cəlilabad rayonunda anadan olmuşdur . Orta təhsilini Cəlilabad rayon Şiləvəngə kəndində almışdır . 2011 - 2014 - cü illərdə C . Naxçıvanskı adına Hərbi Liseydə təhsil alıb . 2014 - 2018 - ci illərdə isə AAHM - də təhsil almış və 2018 - ci ildə motoatıcı ixtisası üzrə AAHM - i leytenant rütbəsi ilə bitirmişdir . Elə həmin dövrdən 2020 - ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir . Elvin Şükürlü 27 sentyabr 2020 - ci ildə başlayan Vətən müharibəsində iştirak edib . Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür . 2021 - ci il yanvar ayının 22 - də II Şəhidlər xiyabanında dəfn olunmuşdur .

Elvin Şükürlü ölümündən sonra “ Azərbaycan bayrağı ” ordeni , " Vətən uğrunda " medalı , " Kəlbəcərin azad olunmasına görə " medalı ilə təltif edilmişdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi