14.06.2023 - cü il tarixində məktəbimizdə “ Son zəng ” tədbiri keçirildi

14.06.2023 - cü il tarixində məktəbimizdə “ Son zəng ” tədbiri keçirildi .

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı . Vətən uğrunda öz şirin canlarından keçən vətənin qəhrəman övladları bir dəqiqəlik sükutla yad edildi .Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Səmədova məzunları Son zəng münasibətilə təbrik etdi və addımlayacaqları həyatda uğurlar arzuladı .

Tədbirdə məktəb rəhbərliyi , Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Lamiyə Hüseynova , məzunların valideyinləri , məktəbimizin məzunları olmuş şəhidlərin anaları , müəllimlər çıxış edərək məzunlara uğurlar diləyib ,  onlara tələbə adını qazanmağı arzuladılar .

Şagirdlərin hazırladıqları musiqili - bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla yanaşı tədbir iştirakçılarına xoş təəssürat bağışladı .

Yolunuz açıq olsun , əziz məzunlar !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi