Arzu Mehrəliyevanın təşkilatçılığı ilə 4 " A " sinif şagirdlərinin buraxılış tədbiri keçirildi

Məktəbin ibtidai sinif müəllimi Arzu Mehrəliyevanın təşkilatçılığı ilə 4 " A " sinif şagirdlərinin buraxılış tədbiri keçirildi .
Tədbirdə məktəb rəhbərliyi , sinfin adını daşıyan şəhid Elvin Kazımovun anası Fədayə Kazımova , şəhidin qardaşı , müəllimlər və valideynlər iştirak edirdilər . Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı . Şagirdlər bir - birindən maraqlı rəqslər , mahnı və şeirlər söylədilər . Məktəbin direktoru Günel Səmədova şagirdləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı