8 " C " və 8 " A " siniflərində " İnsan alverinə qarşı mübarizə " mövzusunda maarifləndirici dərs təşkil olunub

07.06.2023 - cü il tarixində məktəbin psixoloqu Jalə Mehdiyevanın iştirakı ilə 8 " C " və 8 " A " siniflərində " İnsan alverinə qarşı mübarizə " mövzusunda maarifləndirici dərs təşkil olunub . Psixoloq dərs zamanı hər il minlərlə insanın insan alverinin qurbanı olduğunu qeyd edib , insan alverinin doğurduğu fəsadlar , eləcə də , ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə şagirdlərə ətraflı məlumat verib və şagirdləri maraqlandıran sualları cavablandırıb .