10 " B " sinfinin iştirakı ilə 28 May - Respublika Günü münasibətilə təşkilat saatı keçirildi

26.05.2023 - cü il tarixdə məktəbin tarix müəllimi Nuriyyə Xələfovanın təşkilatçılığı və 10 " B " sinfinin iştirakı ilə Azərbaycan dövlətçilik tarixinin qürurverici səhifələrindən olan 28 May - Respublika Günü münasibətilə təşkilat saatı keçirildi . Dərs prossesində şagirdlər Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən bəhs edib , Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk - müsəlman dünyasında demokratik dəyərlərin , insan hüquq və azadlıqlarının , dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırdılar . Sonda şagirdlər mövzu ilə əlaqədar şeirlər səsləndirib , videoçarx nümayiş etdiriblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi