Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə " Zərifə Əliyeva ömrünün işığı " adlı tədbir keçirilib

02.05.2023 - cü il tarixində görkəmli oftalmoloq , alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə " Zərifə Əliyeva ömrünün işığı " adlı tədbir keçirilib .Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov , həmin şöbənin baş məsləhətçisi Mehriban İsrafilova , məktəb rəhbərliyi , şagird və müəllim kollektivi iştirak edirdi .

Tədbir çərçivəsində şagirdlərin ifasında bədii hissə nümayiş etdirildi . Milli və ümumtürk motivləri əsasında ifadə edilən mahnı kompozisiyaları toplaşanların sürəkli alqışlarına səbəb oldu .

Tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə Arzu Mehrəliyeva , Elnarə Cəbiyeva , Leyla Maqsudova və Xalidə Şahbazovaya təşəkkür edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi