6 " d " sinfində mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verildi

Mülki müdafiə dərslərinin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək , məktəblilərə baş verə biləcək təbii fəlakət , yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir . Məktəbin 6 " d " sinif rəhbəri Nuriyyə Xələfova təşkil olunmuş dərs zamanı mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verib . Şagirdlərə yanğının söndürülməsi , yaralılara tibbi yardımın göstərilməsi , kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması haqqında məlumat verilib . Ətrafdakı radiasiyanın müəyyən olunması , əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi