Məktəb şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub

03.04.2023 - cü il tarixində məktəbin hərbi rəhbəri Rəşad Bədəlovun təşkilatçılığı ilə məktəb şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub .

Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilərdə hərbi vətənpərvərlik hissini gücləndirmək və tarixi bilgilərini artırmaqdır .

Bələdçi şagirdlərə muzeyin ilk zalı olan qədim , erkən , orta əsrlər dövrü , Manna - Midiya ,  Atropatena ,  Albaniya , Səfəvilər dövlətləri , Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi .

Daha sonra şagirdlər hərbi texnikalarla tanış oldular . Hərbi texnikalar haqqında verilən məlumatlar məktəblilərdə xoş təəssürat yaratdı .

Muzey əməkdaşı tanklar , təyyarə və helikopterlər , silah və sursatları , gəmilər , artilleriya və zenit qurğuları haqqında məlumat verərək şagirdlərin suallarını cavablandırdı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi